31 iyul 2026. Cümə

ÇL: Qarabağ bu göstəricidə ikincidir


ÇL: Qarabağ bu göstəricidə ikincidir

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb. Corner.az xəbər verir ki, dünən İsveçrə “Sürix”ini 3:2 hesabıyla məğlub edən “Qarabağ” turnirdə ən çox qol vuran komandalar arasında ikinci sıradadır. 3 oyuna 8 qol vuran “atlılar” yalnız İslandiya “Vikinqur”undan geridə qalır. Skandinavlar 12 qolla bu göstəricidə liderdir.

“Qarabağ” eyni zamanda ən çox hücuma çıxan komandadır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 40 hücumla 3-cü sırada qarşılaşıb. İlk sırada Bolqarıstan “Lüdoqorets”i (52), ikincidə isə İsveç “Malmö”sü (45) yer alıb.

Azərbaycan çempionu küncdən zərbələrin sayında liderdir. “Atlılar” 3 oyunda 25 dəfə kornerdən istifadə edib. Komanda ən çox cərimə edənlər arasında birincidir. “Qarabağ”lılar 3 matçda 42 dəfə sərt oynayıb.

“Qarabağ”ın yarımmüdafiəçi Kadi Borqes bombardirlər siyahısında ikincidir. 3 qolu olan braziliyalı futbolçu “Bodyo-Qlimt”in hücumçusu Bonifeysdən geri qalır (4 qol).

"Qarabağ" II təsnifat mərhələsinin "Sürix"lə cavab oyununu iyulun 27-də İsveçrədə keçirəcək. 







Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"