31 yanvar 2025. Cümə

ÇL: Qarabağ'ın potensial rəqiblərinin oyununda 3 qol


ÇL: Qarabağ'ın potensial rəqiblərinin oyununda 3 qol

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində növbəti oyunlar keçirilib. Corner.az xəbər verir ki, növbəti oyun günündə 5 qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi “Fənərbaxça” Polşada Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşıb. Bu qarşılaşmada qapılara ümumiyyətlə qol vurulmayıb.

HJK Finlandiyada Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə oyunda  məğlubiyyətlə üzləşib. “Makkabi” (Hayfa) isə İsraildə Yunanıstan “Olimpiakos”u ilə görüşdən heç-heçə ilə ayrılıb.

“Qarabağ”ın növbəti raunddakı potensial rəqiblərindən olan “Ferentsvaroş” evdə Slovakiyanın “Slovan” (Bratislava) kollektivini qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbəyə sevinən tərəg olub.

Nəhayət, günün sonuncu matçında Moldova “Şerif”i Sloveniyada “Maribor”un qonağı olub. Bu oyunda da qapılara ümumiyyətlə qol vurulmayıb.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
20 iyul

HJK (Finlandiya) – Viktoriya (Plzen, Çexiya) 1:2

Makkabi (Hayfa, İsrail) – Olimpiakos (Yunanıstan) 1:1

Ferentsvaroş (Macarıstan) – Slovan (Bratislava, Slovakiya) 1:2

Dinamo (Kiyev, Ukrayna) – Fənərbaxça (Türkiyə) 0:0

Maribor (Sloveniya) – Şerif (Moldova) 0:0







Çempionlar liqası

“Komandanın oyunundan razıyıq"
  • Çempionlar liqası
  • 15:49 30.01.2025
“Komandanın oyunundan razıyıq"
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"