5 dekabr 2025. Cümə

"Messidən qorxmuruq" - Arnold


"Messidən qorxmuruq" - Arnold

"Enfild"də hər şey ola bilər. Burada çox özəl gecələr olub. Biz də şansımızı yoxlayacağıq. "Barselona"nı mübarizədən kənarlaşdıracağımıza hələ də inanırıq. "Enfild"də azarkeşlər oyunun bir parçasıdır".

Corner.az-ın məlumatına görə, bu sözləri "Liverpul"un futbolçusu Aleksander Arnold Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə bu gün keçiriləcək cavab oyunu öncəsi deyib.

O, Kataloniya klubunun hücumçusu Messidən qorxmadıqlarını söyləyib: "Əslində, Messidən çəkinmirik. Ona hörmət edirik, amma qorxmuruq. Dünyanın ən yaxşı futbolçudur. İlk matçda 80 dəqiqə ona nəzarət etdik.  Son 10 dəqiqədə nələrin olduğunu isə hamı gördü".

Arnold komanda yoldaş Məhəmməd Salahın zədə səbəbindən bu matçda oynamamağı haqda da danışıb: "Mütəmadi oynamayan biri üçün fürsət olacaq. Salahın əvəzinə oynayacaq yoldaşımız qol vursa, bizdə geridönüş edə bilsək, bu, sonsuza qədər xatırlanacaq".(qol)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”