13 may 2026. Çərşənbə

Həm hücumda, həm də müdafiə xəttində sabit oynamaq istəyirik


Həm hücumda, həm də müdafiə xəttində  sabit oynamaq istəyirik

"Həm hücumda, həm də müdafiə xəttində daha sabit oynamaq, inkişaf etmək istəyirik".

Corner.az-ın məlumatına görə, bunu İsveçrə "Sürix"inin baş məşqçisi Franko Foda Bakıda "Qarabağ"a 2:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

56 yaşlı mütəxəssis ilk hissədə meydanın ən yaxşısı olduqlarını bildirib: "Artıq nəticə qazanmağın vaxtı çatıb. Ardıcıl 2 səfər matçından sonra yeni mövsümdəki ilk ev oyunumuzu səbirsizliklə gözləyirik".

Qeyd edək ki, "Sürix" və "Qarabağ" arasında cavab görüşü iyulun 27-də İsveçrədə keçiriləcək. Sürix təmsilçisi bu matçdan öncə ölkə çempionatının II turunda "Lütsern"i qəbul edəcək.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"