Futbol üzrə İsveçrə çempionatında 2-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Sürix” də milli çempionatda növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Lutsern”i qəbul edib. Bu oyunda qapılara ümumiyyətlə qol vurulmayıb – 0:0.
İlk turda səfərdə “Yanq Boyz”a 0:4 hesabıyla uduzmuş “Sürix”, 2 turdan sonra 1 xalla 7-ci pillədə qərarlaşıb.
“Qarabağ” “Sürix”ə Bakıda keçirilmiş ilk oyunda 3:2 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı cavab görüşü iyulun 28-də İsveçrədə baş tutacaq.