27 mart 2026. Cümə

Qarabağ'ın səfər proqramı bəlli oldu


Qarabağ'ın səfər proqramı bəlli oldu

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Sürix”lə qarşılaşacaq “Qarabağ”ın İsveçrəyə səfər proqramı açıqlanıb.

 Corner.az xəbər verir ki, “köhlən atlar” iyulun 27-də İsveçrəyə yollanacaq. Komandanı Sürixə aparacaq təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

İyulun 26-da Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, saat 21:00-da komandanın açıq məşqi olacaq.

İyulun 27-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda “Qarabağ” 3:2 hesabı ilə qalib gəlib.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"