23 oktyabr 2024. Çərşənbə

Qarabağ'ı udsaq, fantastik mövsüm keçirərik


Qarabağ'ı udsaq, fantastik mövsüm keçirərik

“Bu, bütün gücümüzü ortaya qoymalı olduğumuz oyundur. Bir matçla heç nə bitmir. Qarşıda ikinci görüş var”.

Corner.az xəbər verir ki, bu sözləri “Sürix”in (İsveçrə) futbolçusu İvan Santini evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.

33 yaşlı hücumçu Ağdam klubunu udsalar fantastik mövsüm keçirə biləcəklərini bildirib:

“90 dəqiqə kompakt oynamalı, hər bir detala fikir verməliyik. Düşünürəm ki, bunlar mərhələ adlamaq üçün kifayət edəcək. Bu, hazırkı məqamda bizim üçün final görüşüdür. Düzdür, mövsüm yeni başlayıb, amma bu oyunu udsaq, fantastik mövsüm keçirə bilərik. Oyun ərzində hər şeyə hazır və səbrli olmalıyıq”.

İyulun 27-də keçiriləcək “Sürix” – “Qarabağ” oyunu saat 21:00-da start götürəcək. “Qarabağ” ilk oyunda 3:2 hesabı ilə qalib gəlib.







Çempionlar liqası

"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər