1 fevral 2026. Bazar günü

Qarabağ'la oyundan sonra qovula bilər


Qarabağ'la oyundan sonra qovula bilər

İsveçrənin “Sürix” klubunun baş məşqçisi Franko Foda istefaya göndərilə bilər.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”a mümkün məğlubiyyəti avstriyalı mütəxəssisin postundan qovulması ilə nəticələnəcək.

Mövsümə uğursuz start verən Sürix şəhərinin eyniadlı təmsilçisi ölkə çempionatının ilk turunda “Yanq Boyz”a 0:4 hesabı ilə uduzub, 2-ci turda isə “Lutsern”lə qolsuz heç-heçə edib.

Sabah keçiriləcək “Sürix” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. “Köhlən atlar” Bakıdakı ilk görüşdə 3:2 hesablı qələbə qazanıb.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”