1 fevral 2026. Bazar günü

Qarabağ evdə çox güclü idi


Qarabağ evdə çox güclü idi

"Qarabağ" evdə çox güclü idi. İkinci hissədə topa sahib olduğumuz zaman xeyli fəallaşdıq. Doğma meydanda daha aqressiv oynamaq və şanslarından səmərəli istifadə etmək istəyirik".

Corner.az-ın məlumatına görə, bunu İsveçrənin "Sürix" komandasının baş məşqçisi Franko Foda evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

Avstriyalı mütəxəssis növbəti raunda adlamaq və avrokubokların qruplarına düşmək istədiklərini bildirib: "Hazırda belə bir imkanımız var. Təbii ki, müəyyən gərginlik hiss edirik. Amma azarkeşlərimizin qarşısında daha motivasiyalı oynayacağıq".

Qeyd edək ki, iyulun 27-də oynanılacaq "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə "köhlən atlar" 3:2 hesablı qələbə qazanıb.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”