23 oktyabr 2024. Çərşənbə

ÇL: Mahir Emrelinin komandası növbəti mərhələdə!


ÇL: Mahir Emrelinin komandası növbəti mərhələdə!
Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab matçlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.
 
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Şimali Makedoniyada "Şkupi"nin qonağı olub. Zaqrebdə 2:2 hesablı heç-heçə ilə bitən ilk oyunu zədə səbəbindən buraxan 25 yaşlı futbolçu cavab matçında da komandasına kömək edə bilməyib. Görüşdə isə minimal hesabla qələbə qazanan zaqreblilər növbəti mərhələ adlayıb.
 
Digər matçlarda AEK (Larnaka) Kiprdə Danimarka "Midtyulland"ını qəbul edib. İlk oyunda olduğu kimi, cavab görüşündə də əsas vaxt 1:1 hesabıyla bitib. Yekunda penaltilər seriyasında daha dəqiq olan Danimarka çempionu növbəti mərhələyə vəsiqə qazanıb.
 
"Şerif" Moldovada Sloveniya "Maribor"unu sınağa çəkib və minimal hesabla qələbə qazanaraq növbəti raunda yüksəlib.
 
Finlandiyanın HJK klubu Çexiyada "Viktoriya"yla (Plzen) üz-üzə gəlib. Rəqibini 5 cavabsız qolla məğlub edən Çexiya çempionu  3-cü təsnifat mərhələsinə yüksəlib.
 
Bolqarıstan "Ludoqorets"i isə İrlandiyada "Şemrok Rovers"in qonağı olub. Üç qolun qeydə alındığı bu matçda qələbəyə sevinən tərəf irlandiyalılar olsa da, mərhələyə adlayan tərəf “Ludoqorets” olub.
 
Lüksemburq “Düdelanj”ı isə Ermənistan çempionu “Pünik”i qəbul edib. Səfərdə baş tutan ilk oyunda qalib gələn “Düdelanj” bu uğurun cavab görüşündə təkrarlaya bilməyib. Nəticədə “Pünik” növbəti mərhələyə yüksəlib.
 
Bu mərhələnin digər cavab oyunları iyulun 27-də olacaq. Azərbaycan çempionu "Qarabağ" Bakıda 3:2 hesabı ilə məğlub etdiyi "Sürix"lə İsveçrədə üz-üzə gələcək.
 
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
26 iyul
 
AEK (Larnaka, Kipr) - Midtyulland (Danimarka) 1:1 (penaltilər 3:4)
İlk oyun - 1:1
 
Şerif (Moldova) - Maribor (Sloveniya) 1:0
İlk oyun - 0:0
 
Viktoriya (Plzen, Çexiya) - HJK (Finlandiya) 5:0
İlk oyun - 2:1
 
Düdelanj (Lüksemburq) - Pünik (Ermənistan) 1:4
İlk oyun - 1:0
 
Şkupi (Şimali Makedoniya) - Dinamo (Zaqreb, Xorvatiya) 0:1
İlk oyun - 2:2
 
Şemrok Rovers (İrlandiya) - Ludoqorets (Bolqarıstan) 2:1
İlk oyun – 0:3






Çempionlar liqası

"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər