23 yanvar 2025. Cümə axşamı

“Barcelona”nın prezidenti: Bərbad gecə idi


“Barcelona”nın prezidenti: Bərbad gecə idi

“Barcelona”nın prezidenti Josep Maria Bartomeu Çempionlar Liqasının yarımfinalının “Liverpool”la cavab matçından sonra fikirlərini bildirib.

Corner.az xəbər verir ki, Bartomeu, məğlub olduqları oyun haqqında bunları deyib: “Yenə eyni şey oldu, ötən mövsüm Romada yaşadıqlarımızın oxşarını yenidən yaşadıq. Azarkeşlər üçün nə qədər çətin olduğunu bilirəm.Buraxdığımız 4-cü qol bizim üçün şok oldu. Futbolçular böyük səhvə yol verdilər. Ondan sonra komanda tükəndi. İki il ardıcıl eyni şey… Bərbad gecə idi.Özümüzə gəlməliyik. Qarşıda kubok oyunumuz var. “Liverpul”a məğlubiyyəti izah etmək çətindir. Öz aramızda bunu danışacağıq. İndi qarşıdakı oyunlara baxmalıyıq”.

Qeyd edək ki, “Barcelona” ilk oyunda “Liverpool”u 3:0 hesabıyla məğlub etsə də, cavab qarşılaşmasında 4 cavabsız qolla uduzaraq, Çempionlar Liqası ilə vidalaşıb.(komanda)







Çempionlar liqası

"Oyuna daha inamlı nəzarət etməliyik"
  • Çempionlar liqası
  • 14:27 22.01.2025
"Oyuna daha inamlı nəzarət etməliyik"
"Qvardiola həmişə yenilikçi olub”
  • Çempionlar liqası
  • 20:43 21.01.2025
"Qvardiola həmişə yenilikçi olub”
"Çempionlar Liqasında oynamaq arzusunda idim"
  • Çempionlar liqası
  • 20:14 21.01.2025
"Çempionlar Liqasında oynamaq arzusunda idim"
"Real Madrid"də ən yaxşı anımı yaşayıram"
  • Çempionlar liqası
  • 17:27 21.01.2025
"Real Madrid"də ən yaxşı anımı yaşayıram"
"Məqsədimiz Çempionlar Liqasını qazanmaqdır"
  • Çempionlar liqası
  • 21:49 20.01.2025
"Məqsədimiz Çempionlar Liqasını qazanmaqdır"