1 oktyabr 2026. Cümə axşamı

Sürix'in müdafiəçisi Qarabağ'la oyunu buraxacaq


Sürix'in müdafiəçisi Qarabağ'la oyunu buraxacaq

"Sürix"in futbolçusu Beçir Omeraqiç İsveçrədə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda iştirak etməyəcək.

Corner.az "Bluewin" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi zədə səbəbindən matçı buraxacaq.

Bundan əlavə, meydan sahiblərinin digər oyunçusu Blerim Cemaylinin də meydana çıxıb-çıxmayacağı bəlli deyil.

Qeyd edək ki, bu gün "Letsiqrund" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə "köhlən atlar" qələbə qazanıb - 3:2.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”