1 fevral 2026. Bazar günü

Medina zədələndi, Almeyda cəzalı duruma düşdü


Medina zədələndi, Almeyda cəzalı duruma düşdü
"Qarabağ"ın müdafiəçisi Kevin Medina zədələnib. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu İsveçrədə "Sürix"ə qarşı keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda sıradan çıxıb.
 
Oyunu davam etdirə bilməyən kolumbiyalı futbolçu 45-ci dəqiqədə Bədavi Hüseynovla əvəzlənib. Medina meydanı gözyaşları ilə tərk edib.
 
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda da cəzalı duruma düşüb. Buna səbəb 33 yaşlı yarımmüdafiəçinin "Sürix"lə cavab matçında sarı vərəqə görməsi olub. Cari mövsüm 3-cü dəfə sarı vərəqə ilə cəzalandırılan Almeyda növbəti avrokubok oyununu buraxmalı olacaq.
 
Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və hesab 1:1-dir. Azərbaycan çempionu Bakıdakı ilk matçda rəqibini 3:2 hesabı ilə üstələyib.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”