"Finala çıxsaq, möcüzə olar" - Pochettino
"Tottenham"ın baş məşqçisi Maurisio Pochettino Çempionlar Liqasının yarımfinal mərhələsinin "Ajax"la cavab oyunuöncəsi keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.Corner.az-ın məlumatına görə, finala çıxmaq şanslarını dəyərləndirən argentinalı mütəxəssis ümidsiz danışıb: "Evdə 0:1 hesabı ilə məğlub olmuşuq. Cavab matçında "Ajax"ı udub, finala çıxsaq, möcüzə olar. Ancaq qələbə qazansaq, Londona qayıdıb, başqa şeylər haqda danışa bilərik".İlk oyunda zədələnən Jan Vertonghenin durumuna da toxunan Pochettino müdafiəçinin start heyətdə meydana çıxacağını bildirib: "Burnunun üstündəki kəsiyi nəzərə almasaq, hər şey normaldır. Özünü yaxşı hiss edir və "Ajax"la matçda meydanda olacaq".Qeyd edək ki, bu gün keçiriləcək "Ajax" - "Tottenham" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.