1 fevral 2026. Bazar günü

Medvedev də zədələndi, Kadi də cəzalı duruma düşdü


Medvedev də zədələndi, Kadi də cəzalı duruma düşdü

"Qarabağ"ın kapitanı Maksim Medvedev sıradan çıxıb.

Corner.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi İsveçrədə "Sürix"ə qarşı keçirdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnib 

Medvedevin yerinə 90-cı dəqiqədə meydana Bəhlul Mustafazadə daxil olub.

"Qarabağ"ın digər futbolçusu Kadi Borges isə cəzalı duruma düşüb. Buna 26 yaşlı yarımmüdafiəçinin İsveçrədə "Sürix"ə qarşı keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında sarı vərəqə görməsi səbəb olub.

Braziliyalı oyunçu növbəti avrokubok matçını buraxmalı olacaq.

Qeyd edək ki, hazırda qarşılaşmada hesab bərabərdir - 2:2. Azərbaycan çempionu Bakıdakı ilk matçda rəqibini 3:2 hesabı ilə üstələyib.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”