23 oktyabr 2024. Çərşənbə

ÇL: Qarabağ növbəti mərhələdə!


ÇL: Qarabağ növbəti mərhələdə!

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirib. Corner.az xəbər verir ki, Ağdam klubu İsveçrədə “Sürix”in qonağı olub.

Bir həftə əvvəl Bakıda keçirilən oyunda Qurban Qurbanovun rəhbərlik etdiyi komanda rəqibinə 3:2 hesabı ilə qalib gəlmişdi. “Qarabağ” İsveçrəyə hesab üstünlüyü ilə getsə də, “Sürix”in mərhələ keçmək üçün bütün gücünü ortaya qoyacağına şübhə yox idi.

Cavab oyununda hesabı meydan sahibləri açsalar da erkən qola görə ruhdan düşməyən “köhlən atlar” fasilədən sonra hesabı bərabərləşdirib. Matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə “Sürix” yenidən fərqlənib. Bu səbəbdən ümumi hesab bərabərləşdiyinə görə əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtın ilk yarısında “Qarabağ” ikinci qolu vurmaqla ümumi nəticəni xeyrinə dəyişib. Beləliklə, komandamız növbəti mərhələyə adlayıb.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
27 iyul

Sürix – Qarabağ 2:2
Qol: M.Medvedev, 4-öz qapısına. İ.Santini, 90+6 – K.Borges, 56. K.Ovusu, 98.
Hakimlər: Allard Lindhout, Çarlz Sxap, Roy De Nas, Jerön Mansxot (hamısı Niderland).
İsveçrə. “Letsiqrund” stadionu.







Çempionlar liqası

"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər