1 fevral 2026. Bazar günü

ÇL: Qarabağ'ın növbəti rəqibi bilindi


ÇL: Qarabağ'ın növbəti rəqibi bilindi
"Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub. Corner.az xəbər verir ki, "köhlən atlar" bu raunnda Macarıstanın "Ferentsvaroş" komandası ilə qarşılaşacaq.
 
Doğma meydanda Slovakiyanın "Slovan" (Bratislava) komandasına 1:2 hesabı ilə məğlub olan ölkə çempionu səfərdə üç topla qalib gələrək növbəti mərhələyə yüksəlib - 4:1
 
3-cü təsnifat mərhələsinin ilk oyunları 2-3 avqustda, cavab matçları isə 9-10 avqustda olacaq. Püşkə əsasən, “Qarabağ” növbəti mərhələdə də ilk görüşünü öz meydanında, cavab qarşılaşmasını isə səfərdə keçirəcək.
 
Xatırladaq ki, Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdə bu rəqibi ilə 2:2 hesablı heç-heçə edib və mərhələ adlayıb.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”