1 fevral 2026. Bazar günü

ÇL: Fənərbaxça mübarizəni dayandırdı


ÇL: Fənərbaxça mübarizəni dayandırdı

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Corner.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” İsveçrədə “Sürix”in qonağı olub. Ağdam klubu Bakıdakı ilk matçda qələbə qazanmışdı – 3:2. Cavab görüşündə məhsuldar heç-heçə edən “köhlən atlar” növbəti mərhələyə yüksəlib.

“Qarabağ”ın 3-cü təsnifat mərhələsindəki potensial rəqiblərindən “Ferentsvaroş” Macarıstanda Slovakiya “Slovan”ı (Bratislava) ilə qarşılaşıb. İlk oyunda Slovakiya təmsilçisi qalib gəlmişdi – 2:1. Cavab görüşündə isə Macarıstan çempionu darmadağınla qələbə qazanaraq “Qarabağ”a rəqib olub.

“Fənərbaxça” Türkiyədə Ukraynanın “Dinamo” (Kiyev) klubunu qəbul edib. Komandalar arasındakı ilk oyunda hesab açılmamışdı. Üç qolun qeydə alındığı cavab matçında isə Kiyev təmsilçisi qələbəyə sevinən tərəf olub

Bu komandalarla yanaşı, “Bodo Qlimt” (Norveç), “Jalgiris” (Litva) və “Makkabi” (Hayfa, İsrail) də növbəti mərhələyə adlayıb.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
27 iyul

Bodo Qlimt (Norveç) – Linfild (Şimali İrlandiya) 8:0
İlk oyun – 0:1

Sürix (İsveçrə) – Qarabağ (Azərbaycan) 2:2
İlk oyun – 2:3

Malmö (İsveç) – Jalgiris (Litva) 0:2
İlk oyun – 0:1

Fənərbaxça (Türkiyə) – Dinamo (Kiyev, Ukrayna) 1:2
İlk oyun – 0:0

Slovan (Bratislava, Slovakiya) – Ferentsvaroş (Macarıstan) 1:4
İlk oyun – 2:1

Olimpiakos (Yunanıstan) – Makkabi (Hayfa, İsrail) 0:4
İlk oyun – 1:1







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”