23 oktyabr 2024. Çərşənbə

ÇL: 3-cü təsnifat mərhələsinin bütün cütləri müəyyənləşdi


ÇL: 3-cü təsnifat mərhələsinin bütün cütləri müəyyənləşdi
Futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib. Corner.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da növbəti rəqibi bəlli olub.
 
ÇL-in 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”ini üstələyən Ağdam klubu növbəti raundda “Ferentsvaroş”la (Macarıstan) qarşılaşacaq. Püşkə əsasən, “Qarabağ” ilk görüşünü 2-3 avqustda öz meydanında, cavab qarşılaşmasını isə 9-10 avqustda səfərdə keçirəcək.
 
“Qarabağ” ÇL-də 3-cü mərhələyə yüksəlməklə Avropa Konfrans Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib. Ağdam klubu “Ferentsvaroş” səddini keçə bilməsə, Avropa Liqasının pley-offunda mübarizə aparacaq. Komandamız oradakı rəqibinə də uduzacağı halda, mübarizəni Avropa Konfrans Liqasının qrup mərhələsində yoluna davam etdirəcək.
 
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”sunun da növbəti mərhələdəki rəqibi bəlli olub. Xorvatiya çempionu bu mərhələdə Bolqarıstana səfər edəcək. İkinci raundda “Şkupi”ni (Şimali Makedoniya) mübarizədən kənarlaşdıran Zaqreb təmsilçisi növbəti mərhələdə “Ludoqorets”lə qarşılaşacaq. “Dinamo”nun ilk görüşü səfərdə baş tutacaq.
 
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
 
Çempionlar yolu
 
Makkabi (Hayfa, İsrail) - Apollon (Limassol, Kipr)
 
Qarabağ (Azərbaycan) - Ferentsvaroş (Macarıstan)
 
Ludoqorets (Bolqarıstan) - Dinamo (Zaqreb, Xorvatiya)
 
Şerif (Moldova) - Viktoriya (Plzen, Çexiya)
 
Bodo Qlimt (Norveç) - Jalgiris (Litva)
 
Srvena Zvezda (Serbiya) – Pünik (Ermənistan)
 
Liqa yolu
 
Monako (Fransa) – PSV (Niderland)
 
Dinamo (Kiyev, Ukrayna) - Şturm Qrats (Avstriya)
 
Yunion (Belçika) – Reyncers (Şotlandiya)
 
Benfika (Portuqaliya) – Midtyulland (Danimarka)






Çempionlar liqası

"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər