31 yanvar 2025. Cümə

Bir az bəxtimiz gətirsəydi, qalib gələrdik


Bir az bəxtimiz gətirsəydi, qalib gələrdik
İsveçrənin “Sürix” komandasının baş məşqçisi Franko Foda UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib. Corner.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan (ilk oyun 2:3) sonra bunları söyləyib:
 
“Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik. Buraxdığımız ilk qolda pis müdafiə olunduq. Futbolçulara belə vəziyyətlərdə diqqətli olmalarını söyləmişdik. Bu qədər asanlıqla qol buraxmamalısan. Biz daha yaxşısını etməliydik. Matçın əsas vaxtından sonra hər şey xeyrimizə idi. Lakin sevinc çox çəkmədi. Sadə top itkisinə yol verdik və rəqib bizi əks-hücumda yaxaladı".
 
Foda nəticəyə görə məyus olduğunu söyləyib: "Hesab 1:1 olarkən mübarizə apardıq. Əlavə vaxtın ilk hissəsində qol buraxmaq isə ayıbdır".






Çempionlar liqası

“Komandanın oyunundan razıyıq"
  • Çempionlar liqası
  • 15:49 30.01.2025
“Komandanın oyunundan razıyıq"
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"