31 iyul 2026. Cümə

Luçesku mətbuat konfransını boykot etdi


Luçesku mətbuat konfransını boykot etdi
Ukraynanın “Dinamo” (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku Türkiyədə “Fənərbaxça”ya qarşı keçirdikləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransını boykot edib. Corner.az xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin azarkeşlərinin Rusiya Prezidenti Vladimir Putinlə bağlı səsləndirdiyi şüarlar olub. 
 
“Dinamo”nun ilk qolundan sonra meydan sahiblərinin fanatlar Vladimir Putin deməyə başlayıb. 77 yaşlı rumıniyalı mütəxəssis yerli mətbuata açıqlamasında sizlərdən soruşuram yenə də neçə faul etdiyimizi saydınız mı? Hər şey planımıza uyğun işlədi və qalib gəldik. Amma tərəfdarlardan belə şüarları nəzərə almamışdım. Çox təəssüf edirəm - deyə bildirib. 
 
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda daha bir qol vuran Kiyev klubu növbəti mərhələyə yüksəlib.






Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"