31 iyul 2026. Cümə

Qarabağ – Ferentsvaroş oyununun hakimləri açıqlandı


Qarabağ – Ferentsvaroş oyununun hakimləri açıqlandı
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçiriləcək ilk oyunun hakim təyinatları açıqlanıb. Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.
 
Görüşün baş hakimi Andreas Ekberq olacaq. Ona yan xətt hakimləri Mehmet Çulum və Niklas Nyuberq kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Adam Ladebek yerinə yetirəcək.
 
Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu oyuna saat 20:00-da start veriləcək. Cavab oyunu isə avqustun 9-da Budapeştdə baş tutacaq.






Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"