27 mart 2026. Cümə

Qarabağ Ferentsvaroş üçün çox uğurlu komandadır


Qarabağ Ferentsvaroş üçün çox uğurlu komandadır

"Ferentsvaroş"un əla qələbəsi həm də Macarıstan çempionatının səviyyəsindən xəbər verir".

Corner.az xəbər verir ki, bunu Rusiya millisinin sabiq baş məşqçisi Anatoli Bışovets deyib.

O, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesovu təbrik edib:

"Sonrakı uğur yalnız rəqibdən asılı olacaq. Ancaq Stanislav Salamoviçə birmənalı təbrik düşür! “Qarabağ” onun komandası üçün çox uğurlu püşkdür. Çerçesova uğurlar arzulaya bilərik!"

Qeyd edək ki, "Qarabağ" ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"