13 may 2026. Çərşənbə

UEFA Fənərbaxça'ya intizam işi açdı


UEFA Fənərbaxça'ya intizam işi açdı

UEFA Türkiyənin "Fənərbaxça" klubuna intizam işi açıb.

Corner.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, buna səbəb İstanbul təmsilçisinin azarkeşlərinin evdə Ukraynanın "Dinamo" (Kiyev) klubuna 1:2 hesabı ilə məğlub olduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundakı davranışı olub.

Fanatlar 57-ci dəqiqədə hesabı açan Kiyev təmsilçisinin futbolçusu Vitali Buyalskinin təxribatçı hərəkətlərinə qarşılıq olaraq, Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda 1:0 hesablı qələbə qazanan Ukrayna təmsilçisi növbəti mərhələyə yüksəlib.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"