27 mart 2026. Cümə

Ferentsvaroş'la oyunda yoxluğum hiss olunmayacaq


Ferentsvaroş'la oyunda yoxluğum hiss olunmayacaq

"Oyunun çətin olacağını gözləyirdik. Bilirdik ki, meydanda ən yaxşı oyunumuzu göstərməliyik. Bunu bacardıq və sərfəli nəticə ilə geri döndük".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə 2:2 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı yarımmüdafiəçi cəzalı duruma düşdüyü üçün Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı III təsnifat mərhələsinin ilk matçında komandasına kömək edə bilməyəcək. Braziliyalı oyunçu buna görə məyus olduğunu lakin yoxluğunun hiss olunmayacağına inandığını bildirib: "Təəssüf ki, həmin oyunda iştirak edə bilməyəcəyəm. Avrokuboklarda hər matç çətin olur. Ümid edirəm ki, məni əvəzləyəcək futbolçu ən yaxşı oyununu göstərəcək və yoxluğum hiss olunmayacaq".

Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"