31 yanvar 2025. Cümə

Referiyə etirazları takiti gediş kimi edirdim


Referiyə etirazları takiti gediş kimi edirdim

"Yenə də futbolçularımı təbrik etmək istəyirəm. İlk dəqiqələr gözləmədiyimiz kimi alınsa da, sonradan özümüzə gəldik və matçı sonadək düşündüyümüz kimi keçirdik. Sonda daha bir zərbə aldıq və yenidən toparlandıq. Bu, məni çox sevindirdi".

Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə 2:2 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, bu cür oyunları komandanı böyüdür: "Bu, bir daha göstərdi ki, futbol final fitinədək oynanılır və biz sonadək vuruşmalı, bir-birimizə güvənməliyik. Nəticə öz yerində, bu oyundan klub olaraq çox şey əldə etdik. Gələcəyimiz üçün faydalı olacaq".

O, qarşılaşmanın baş hakimi Allard Lindhautun qərarlarından da söz açıb: "Ola bilər ki, karyeram ərzində referiyə ən çox etiraz etdiyim oyun oldu. Bəlkə də kənardan o qədər görünmürdü. Amma bəzi epizodlarda fitlər verilirdi. Bunun səbəbini bilmirdik. "Sürix" evdə oynadığından onlara qarşı simpatiya ola bilərdi. Bəzən etirazı taktiki gediş kimi edirdim. Dedim, qoy, düşünməsinlər ki, heç nəyi görmürük, bilmirik. Məncə, hardasa faydası da oldu. Dəfələlərlə dediyimiz şeylərdir. Ona görə də təkrar fikir bildirmək istəmirəm".

Qurbanov III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəkləri ilk oyun öncəsi heyətdəki itkilərə də toxunub: "Buna da hazır olmalıyıq. Bütün matçlara optimal heyət və forma ilə çıxa bilmərik. Qarşıdakı günlərdə rəqibi tam tanıyandan sonra hansı addımları ata biləcəyimizi düşünəcəyik. Sadəcə, bilirik ki, Kadi Borges, Riçard Almeyda və Kevin Medina oynamayacaq. Bu, dəqiqdir. Əlimizdəki digər oyunçulara çox güvənirik. Buna uyğun dəyişikliklər edə bilərik".

Qurbanov "Sürix"lə görüşdə sıradan çıxan  Medinanın 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib: "Böyük ehtimalla "Ferentsvaroş"la ilk oyunu buraxacaq. Buradan birbaşa MRT müayinəsinə gedəcək. Bəlkə də 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq".

Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.







Çempionlar liqası

“Komandanın oyunundan razıyıq"
  • Çempionlar liqası
  • 15:49 30.01.2025
“Komandanın oyunundan razıyıq"
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"