31 iyul 2026. Cümə

Azərbaycan xal ehtiyatını artırdı


Azərbaycan xal ehtiyatını artırdı
Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb. Corner.az xəbər verir ki, bu, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparan klublarımızın cavab oyunlarında əldə etdiyi uğurlu nəticələr sayəsində mümkün olub.
 
Belə ki, “Qəbələ” və “Neftçi" evdə müvafiq olaraq, Macarıstan "Fehervar"ına (2:1) və Kipr "Aris"inə (3:0) qalib gəlib. Digər təmsilçimiz "Zirə" isə İsraildə "Makkabi" (Təl-Əviv) klubu ilə qolsuz heç-heçəyə nail olub. 3 komanda birlikdə Azərbaycanın aktivinə daha 0.625 xal gətirib. Bunun hərəyə 0.250 xalı "ağ-qaralar"la "qırmızı-qaralar"ın, 0,125 xalı isə “qartallar”ın payına düşüb.
 
Azərbaycan bu mövsüm üzrə xal sayını 1.250-yə, son 5 mövsüm üzrə 13.875-ə çatdırsa da, 29-cu pillədə qalıb. 28-ci pillədə 15.125 xala malik Polşa qərarlaşıbsa, bizi 12.375 xalı olan Sloveniya izləyir.
 






Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"