1 oktyabr 2026. Cümə axşamı

Neftçi'nin Rapid'lə ilk matçının başlama saatı açıqlandı


Neftçi'nin Rapid'lə ilk matçının başlama saatı açıqlandı
“Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasına qarşı keçirəcəyi ilk oyunun vaxtı müəyyənləşib. Corner.az xəbər verir ki, bu komandalar arasındakı ilk qarşılaşma avqustun 4-də Bakıda baş tutacaq.
 
“Bakcell Arena”da keçiriləcək bu oyuna saat 21:00-da start veriləcək. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
 
Tərəflər arasındakı cavab görüşü isə bir həftə sonra Vyanada keçiriləcək.






Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”