27 mart 2026. Cümə

Qarabağ - Ferentsvaroş cütündə favorit görmürəm


Qarabağ - Ferentsvaroş cütündə favorit görmürəm
Futbol üzrə Rusiya millisinin əslən azərbaycanlı sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcək Azərbaycan və Macarıstan təmsilçilərinin dueli haqqında yerli mətbuata açıqlama verib. Corner.az xəbər verir ki, 38 yaşlı mütəxəssis Ağdam klubunun ilk matçı evdə keçirməsinə baxmayaraq favorit olmadığını bildirib:
 
"Qarabağ" - "Ferentsvaroş" cütündə favorit görmürəm. İlk matçın Azərbaycanda keçirilməsi heç nəyi dəyişmir. Axı onlar cavab görüşünü səfərdə oynayacaq".
 
Səmədov "Ferentsvaroş"un rusiyalı baş məşqçisi Stanislav Çerçesovun 2-ci təsnifat mərhələsində Slovakiyada "Slovan" (Bratislava) komandasını məğlub etdikləri matçdan sonra təmkinli olması barədə də danışıb: "O, necə reaksiya verməli idi? Düşünürəm ki, komanda Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazansa, o zaman Çerçesovda emosiyalar yaranacaq".
 
"Qarabağ" “Ferentsvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"