6 dekabr 2025. Şənbə

Sürix'in prezidenti Qarabağ haqda...


Sürix'in prezidenti Qarabağ haqda...
"Biz məğlubiyyətə görə məyus olduq. Daha çoxunu bacara bilərdik. Amma rəqibin orta səviyyədən yuxarı komanda olduğunu qəbul etməliyik".
 
Corner.az-ın məlumatına görə, bunu İsveçrənin "Sürix" klubunun prezidenti Ancillo Kanepa "Qarabağ"a uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi ilə bağlı "Blick" nəşrinə açıqlamasında deyib.
 
69 yaşlı funksioner komandada olan təcrübəli futbolçuların ümidlərini doğrultmadığını bildirib: "Heyətdə beynəlxalq səviyyədə təcrübəli oyunçularımız var. Amma onlar da gözlənildiyi və ümid etdiyimiz kimi çıxış etmədilər".
 
Kanepa FIFA prezidenti Canni İnfantinonun görüşü izlədiyini xatırladıb: "O bizimlə əlaqə saxlamışdı və matçı stadiondan canlı izləmək istədiyini dedi. Təbii ki, buna çox sevindik".
 
Qeyd edək ki, Bakıda "Sürix"i 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib – 2:2. "Köhlən atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”