27 mart 2026. Cümə

Elə bilirdik ki, Qarabağ kənd klubudur...


Elə bilirdik ki, Qarabağ kənd klubudur...
Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində rusiyalı məşqçi Stanislav Çerçesovun çalışdırdığı Macarıstan “Ferentsvaroş”una rəqib olması barədə fikirlərini bildirib. Corner.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında bunları söyləyib:
 
“Ferentsvaroş”un “Slovan”ı keçməsi uğurdur. Bu, təkcə Çerçesovun deyil, bütün klubun nailiyyətidir. İstənilən qələbənin əhəmiyyəti böyükdür, özü də Çempionlar Liqasında. Çerçesov bir daha özünün yüksək məşqçi keyfiyyəti təsdiq etdi. 
 
Növbəti rəqib “Qarabağ”a gəlincə, onları bir dəfə görmüşəm. Onlar bizim komandanı silkələmişdilər (söhbət Avstriyada “Zenit”lə (Sankt-Peterburq) 2016-cı ilin iyunundakı yoxlama oyunundan gedir). Özü də yaxşı hesabla. Onda elə bilirdik ki, bu, kənd klubudur, amma gördük ki, yaxşı komandadır. “Ferentsvaroş” və Çerçesova uğurlar arzulayıram”.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"