6 dekabr 2025. Şənbə

Qarabağ'ın rəqibi ilə oyunda irqçilik edən klubu cəzalandırıldı


Qarabağ'ın rəqibi ilə oyunda irqçilik edən klubu cəzalandırıldı

UEFA İntizam Komitəsi "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Macarıstan "Ferentsvaroş"u ilə oyunda azarkeşləri irqçi hərəkətlərə yol vermiş Slovakiya "Slovan"ını cəzalandırıb.

Corner.az xəbər verir ki, Budapeştdə keçirilmiş II təsnifat mərhələsinin ilk matçında Bratislava təmsilçisi fanatlarının davranışı üzündən 40 min avro məbləğində cərimələnib.

Həmçinin, Slovakiya klubu azarkeşlərinin meydana yad əşyalar atması səbəbindən 25 min avro, pirotexniki vasitələrdən istifadəyə görə 13 min avro cərimə ödəyəcək.

Bundan da əlavə, "Slovan" 11 avqustda Yunanıstan "Olimpiakos"u ilə evdə keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçında C tribunasına azarkeş buraxa bilməyəcək. Həmin sektorda UEFA-nın emblemi və #NoToRacism sözü yazılmış şüar yer alacaq. Afinadakı matçda da qonaq sektoruna slovakiyalı azarkeşlər buraxılmayacaq. Bu hal bir daha təkrarlanacağı halda, "Slovan" fanatları 2 il müddətinə heç bir səfər görüşlərinə buraxılmayacaq.

Qeyd edək ki, sözügedən görüşdə qonaq komanda 2:1 hesabı ilə qalib gəlsə də, "Ferentsvaroş" Bratislavada "Slovan"ı 4:1 məğlub etməklə "Qarabağ"a rəqib olub.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”