27 mart 2026. Cümə

Qarabağ pis komanda ola bilməz


Qarabağ pis komanda ola bilməz

"Rəqib haqqında hələlik o qədər də məlumatım yoxdur. Amma bilirəm ki, onlar da əvvəl bizim kimi Çempionlar Liqasının qrup mərhələsində oynayıblar. Bu səbəbdən pis komanda ola bilməz".

Corner.az-ın məlumatına görə, bunu Macarıstanın "Ferenstvaroş" klubunun Fil Dişi Sahilindən olan futbolçusu Frank Boli UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibləri "Qarabağ" barədə "Nemzetisport"a müsahibəsində deyib.

28 yaşlı hücumçu bildirib ki, Çempionlar Liqasında asan matç yoxdur: "Bu oyunlara yaxşı hazırlaşmalıyıq. Çərşənbə günü səfər matçımız olacaq. Həmin vaxtadək rəqib haqqında bütün məlumatları əldə edəcəyik. Amma hazırda fikrimizi çempionatın I turundakı "Puşkaş Akademiyası" ilə görüşə yönəltmişik. Bu olduqca vacib qarşılaşmadır".

Bildirək ki, "Qarabağ" bu "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"