1 fevral 2026. Bazar günü

Ferentsvaroş Qarabağ'la oyunlar üçün 28 futbolçu sifariş etdi


Ferentsvaroş  Qarabağ'la oyunlar üçün 28 futbolçu sifariş etdi
Macarıstanın “Ferentsvaroş” klubunun UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlar üçün sifariş ərizəsi açıqlanıb. Corner.az xəbər verir ki, baş məşqçi Stanislav Çerçesovun sərəncamında hazırda 28 futbolçu var.
 
Heyətdə 5 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 8 hücumçu var. Rusiyalı baş məşqçi çərşənbə axşamı Avropa vaxtı ilə 00:00-dək bu heyətdə iki dəyişiklik etmək hüququna malikdir.
 
Qapıçılar: Adam Boqdan, Denes Dibuş, Marsell Kovaç, Sabolç Merql, Öri Levente;
 
Müdafiəçilər: Adnan Kovaçeviç, Endre Botka, Eldar Çiviç, Rasmus Telander, Mats Knöster, Lorand Paska, Sami Mmaee;
 
Yarımmüdafiəçilər: Muhamed Beşiş, Aissa Layduni, Anderson Esiti, Kristofer Zakariasen, Stepyan Lonçar, Veçei Balint, Xavyer Mersier, Oliver Nad;
 
Hücumçular: Adama Traore, Karlos Auzkui, Frank Boli, Fortune Bassey, Tokmak Nquen, Damir Redjiç, Norbert Kayan, Kristian Listeş.
 
“Qarabağ” “Ferenstvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”