1 oktyabr 2026. Cümə axşamı

Qarabağ'ın Ferentsvaroş'la oyunlarında VAR olacaq


Qarabağ'ın Ferentsvaroş'la oyunlarında VAR olacaq
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan “Ferenstvaroş”una qarşı keçirəcəyi oyunlarında VAR sistemindən istifadə olunacaq. Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, VAR sistemi 3-cü təsnifat mərhələsinin matçlarında ilk dəfə tətbiq olunacaq.
 
UEFA VAR qurğusunu çatdırmaq üçün klublar və televiziya yayıma cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir.
 
“Qarabağ” “Ferenstvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab oyununu avqustun 9-da Budapeştdə keçirəcək.






Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”