15 avqust 2026. Şənbə

Ferentsvaroş'un oyunu təxirə salındı - Qarabağ'a görə


Ferentsvaroş'un oyunu təxirə salındı - Qarabağ'a görə
"Ferentsvaroş”un avqustun 6-da Macarıstan çempionatının 2-ci turunda “Zalaegerseq”lə keçirməli olduğu oyun təxirə salınıb. Corner.az xəbər verir ki, Budapeşt klubu Bakıda “Qarabağ”a qarşı oynayacağı UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşü ilə bağlı yerli futbol liqasına müraciət edib. 
 
Yolun uzaq olmasını və oyunun əhəmiyyətini nəzərə alan “Ferentsvaroş” çempionat matçının vaxtının dəyişdirilməsini xahiş edib. Liqa rəhbərliyi klubun istəyini müsbət cavablandırıb.
 
Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” oyunu saat 20:00-da başlayacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu