30 iyun 2026. Çərşənbə axşamı

Qarabağ'ın rəqibindən ilk oyunda çətin qələbə


Qarabağ'ın rəqibindən ilk oyunda çətin qələbə
Futbol üzrə Macarıstan çempionatında 2022/23 mövsümünə start verilib. Corner.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferentsvaroş” da yeni mövsümdə ilk matçına çıxıb.
 
Son çempion ilk turda “Puşkaş Akademiyası” ilə üz-üzə gəlib. “Qarabağ”ın rəqibi bu oyunun 90+4-cü dəqiqəsində Kristoffer Zakariassenin vurduğu yeganə qolla qələbəyə sevinən tərəf  olub – 1:0.
 
Xatırladaq ki, “Qarabağ”ın “Ferentsvaroş”la ilk oyunu avqustun 3-də Bakıda, cavab oyunu ayın 9-da Budapeştdə baş tutacaq.






Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu