23 oktyabr 2024. Çərşənbə

Çerçesov ukraynalı futbolçuya Qarabağ'la oyunlarda da ehtiyac duymadı


Çerçesov ukraynalı futbolçuya Qarabağ'la oyunlarda da ehtiyac duymadı
Macarıstanın “Ferentsvaroş” komandasının baş məşqçisi Stanislav Çerçesov futbolçusu Aleksandr Zubkovu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin iştirak ərizəsinə daxil etməyib. Corner.az xəbər verir ki, ”Qarabağ”a qarşı oyunlarda çıxış edə biləcək oyunçuların adları UEFA-nın rəsmi saytında dərc olunub. Ukraynalı futbolçu ardıcıl üçüncü dəfə siyahıya düşməyib. O, ilk iki təsnifat mərhələsində Qazaxıstan “Tobol”u və Slovakiya “Slovan”ı ilə qarşılaşmalarında da çıxış etməyib. 
 
Zubkov sonuncu dəfə iyunun 11-də Ukrayna yığmasının Ermənistana qarşı Avropa çempionatının seçmə matçında meydana çıxıb. Bundan sonra 25 yaşlı yarımmüdafiəçi nə yoldaşlıq görüşlərində, nə də rəsmi oyunlarda forma geyinib. Ukraynalı futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir. 
 
“Ferentsvaroş” “Qarabağ”la ilk oyununu avqustun 3-də Bakıda, cavab qarşılaşmasını avqustun 9-da Budapeştdə keçirəcək.






Çempionlar liqası

"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər