13 aprel 2026. Bazar ertəsi

Qarabağ'la oyunda hər şey öz əlimizdədir


Qarabağ'la oyunda hər şey öz əlimizdədir

"Əlbəttə, "Qarabağ" çətin rəqibdir. 2 il əvvəl "Qarabağ" haqqında bir az məlumat öyrənmişdim".

Corner.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Macarıstanın "Ferentsvaroş" klubunun norveçli futbolçusu Kristoffer Sakariassen deyib.

Oyunun sonuna əlavə edilmiş dəqiqələrdə "Puşkaş Akademiyası"na vurduğu qolla "Ferentsvaroş"a Macarıstan çempionatının ilk turunda qələbə qazandıran 28 yaşlı yarımmüdafiəçi klub televiziyasına müsahibəsində avsustun 3-də Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri oyundan da söz açıb:

"Güclü rəqibə qarşı mövsümün ilk turunda qalib gəldik. Hazırda biz hər iki yarışda yaxşı yerdəyik. Hamı "Qarabağ"la oyuna hazırdır. Bilirik ki, çətin oyun olacaq. Ancaq hər şey bizim öz əlimizdədir. Əgər oyunçular yaxşı formada olsa, bizim qələbə qazanmaq üçün şansımız olacaq".

Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"la ilk oyununu avqustun 3-də Bakıda, cavab matçını avqustun 9-da Budapeştdə keçirəcək.







Çempionlar liqası

Flikin qərarı Levandovskini məyus etdi
  • Çempionlar liqası
  • 22:57 09.04.2026
Flikin qərarı Levandovskini məyus etdi
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi
  • Çempionlar liqası
  • 01:50 09.04.2026
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi