14 noyabr 2026. Şənbə

"Həyatımın və karyeramın ən yaxşı anıdır" - Moura


"Həyatımın və karyeramın ən yaxşı anıdır" - Moura

"Nələr hiss etdiyimi başa salmaq mümkünsüzdür. Çox xoşbəxtəm. Komanda yoldaşlarımla qürur duyuram. Meydanda əlimizdən gələni hər şeyi etdik, finala layiqik".

Corner.az-ın məlumatına görə, bu sözləri "Tottenham"ın futbolçusu Lucas Moura Çempionlar Liqasının yarımfinalında "Ajax"a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Sözügedən matçda het-trikə imza ataraq komandasına qələbə qazandıran braziliyalı futbolçu, təkcə özünün yox, bütün yoldaşlarının möhtəşəm oynadığını bildirib: "Hər kəs çox çalışdı. "Ajax"a qarş oynamaq çətin idi, amma komanda yoldaşlarıma inanırdım. Hər matç belə vuruşmalıyıq".

Moura söyləyib ki, finala çıxacaqlarına inanırdılar: "Futbol bizə belə gözəl anları hədiyyə edir. Bundan həzz almaq lazımdır. Bu, mənim həyatımın və karyeramın ən yaxşı anıdır".(qol)







Çempionlar liqası

PSJ Çempionlar Liqasının əsas favoritidir
  • Çempionlar liqası
  • 23:03 05.11.2026
PSJ Çempionlar Liqasının əsas favoritidir
Halanddan Çempionlar Liqasında unikal göstərici
  • Çempionlar liqası
  • 02:19 05.11.2026
Halanddan Çempionlar Liqasında unikal göstərici
“Brügge” səfərdə PSV-ni məğlub etdi
  • Çempionlar liqası
  • 02:13 05.11.2026
“Brügge” səfərdə PSV-ni məğlub etdi
“Portu” “Napoli”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:09 05.11.2026
“Portu” “Napoli”ni darmadağın etdi