23 oktyabr 2024. Çərşənbə

ÇL: Qarabağ'ın pley-offdakı potensial rəqibləri bəlli oldu


ÇL: Qarabağ'ın pley-offdakı potensial rəqibləri bəlli oldu
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Corner.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olub.
 
“Köhlən atlar” 3-cü təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"u səddini keçəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan çempionunun cütünün qalibi ilk oyunu evdə keçirəcək.
 
Azərbaycanlı hücumçu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su isə Bolqarıstan “Ludoqorets”ini üstələyəcəyi halda, pley-offda “Bodo Qlimt” (Norveç) - “Jalgiris” (Litva) cütünün qalibi ilə üz-üzə gələcək.
 
Pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.
 
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
 
Çempionlar Yolu
 
Ferensvaroş (Macarıstan)/Qarabağ (Azərbaycan) cütünün qalibi - Şerif (Moldova)/Viktoriya (Çexiya) cütünün qalibi
 
Bodo Qlimt (Norveç)/Jalgiris (Litva) cütünün qalibi - Ludoqorets (Bolqarıstan)/Dinamo (Zaqreb, Xorvatiya) cütünün qalibi
 
Makkabi (Hayfa, İsrail)/Apollon (Kipr) cütünün qalibi - Srvena Zvezda (Serbiya)/Pünik (Ermənistan) cütünün qalibi
 
Kopenhagen (Damimarka) - Trabzonspor (Türkiyə)
 
Liqa yolu
 
Dinamo (Kiyev, Ukrayna)/Şturm (Avstriya) cütünün qalibi - Benfika (Portuqaliya)/Midtyulland (Danimarka) cütünün qalibi
 
Yunion (Belçika)/Reyncers (Şotlandiya) cütünün qalibi - Monako (Fransa)/PSV (Niderland) cütünün qalibi






Çempionlar liqası

"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər