Messi "Liverpool"la oyundan sonra ağlayıb
"Barcelona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpool"a məğlub olduqları cavab matçından sonra göz yaşlarını saxlaya bilməyib.
Corner.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu oyun bitdikdən sonra paltardəyişmə otağında ağlayıb. Ardınca dopinq-testə aparılan futbolçu Liverpool aeroportunda da xoşagəlməz hadisə ilə üzləşib. Bir qrup azarkeş darmadağına görə Messinin əleyhinə şüarlar səsləndirib.Qeyd edək ki, ilk oyunda "Liverpool"u 3:0 hesabı ilə udan "Barcelona" cavab matçında 0:4 uduzaraq, finala çıxa bilməyib.