15 avqust 2026. Şənbə

Şərtlər hər iki komanda üçün eynidir


Şərtlər hər iki komanda üçün eynidir
Macarıstanın “Ferentsvaroş” komandasının hücumçusu Tokmak Nquen UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Qarabağ” güclü komandadır. Ümumiyyətlə, bu mərhələdə zəif rəqib olmur. Rəqibin heyətindəki itkilər barədə məlumatım yoxdur. İstənilən halda, "Qarabağ" əla kollektivdir. Şərtlər hər iki komanda üçün eynidir. Bakıya uzun səfər hər hansı problem yaratmayacaq”






Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu