31 iyul 2026. Cümə

ÇL: Norveç, İsrail və Serbiya çempionlarından darmadağın


ÇL: Norveç, İsrail və Serbiya çempionlarından darmadağın
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə daha 5 görüş keçirilib.
 
Günün ilk qarşılaşmalarında Azərbaycan çempionu "Qarabağ" Macarıstan "Ferentsvaroş"unu, Norveçin "Bodo Qlimt" komandası Litva "Jalgiris"ni qəbul edib. Bakıda heç-heçə qeydə alınıbsa, Norveç çempionu rəqibinə 5 cavabsız qolla qalib gəlib.
 
Hayfa "Makkabi"si İsraildə Kipr "Apollon"unu qəbul edib və darmadağınla qələbə qazanıb. Kiyev "Dinamo"su Polşada Avstriyanın "Şturm" klubunu minimal hesabla üstələyibsə, "Srvena Zvezda" Serbiyada Ermənistan "Pünik"ini 5 cavabsız qolla məğlub edib.
 
Bu mərhələnin cavab oyunları avqustun 9-da keçiriləcək.
 
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
3 avqust
 
Qarabağ (Azərbaycan) - Ferentsvaroş (Macarıstan) 1:1

Bodo Qlimt (Norveç) – Jalgiris (Litva) 5:0

Makkabi (Hayfa, İsrail) – Apollon (Kipr) 4:0

Dinamo (Kiyev, Ukrayna) - Şturm (Avstriya) 1:0

Srvena Zvezda (Serbiya) – Pünik (Ermənistan) 5:0






Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"