31 iyul 2026. Cümə

Qarabağ'la heç-heçədən narazı qala bilmərik


Qarabağ'la heç-heçədən narazı qala bilmərik
Macarıstanın “Ferentsvaroş” komandasının qapıçısı Dibus Deneş UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib. Corner.az xəbər verir ki, o, Bakıda baş tutan və 1:1 hesabıyla başa çatan matçla bağlı bunları deyib:
 
“İkinci hissədə hesabı qorumağa önəm verdik. Şərait ağır idi, hava çox isti oldu. Qarşılaşma “Qarabağ”ın xeyrinə bitə bilərdi. Onların şansları var idi. Səfərdəki heç-heçədən narazı qala bilmərik. Buraxdığımız qolda bəxtimiz gətirmədi. “Qarabağ”ın yaxşı komanda olduğunu gördük. Bildiklərimiz ikinci oyunda bizə lazım olacaq. Azarkeşlərimizin önündə qalib gəlməyə çalışacağıq”.
 
“Qarabağ”la “Ferentsvaroş” arasındakı cavab matçı avqustun 9-da Budapeştdə baş tutacaq.






Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"