31 yanvar 2025. Cümə

Qarabağ'ın müdafiəsində problemləri gördük


Qarabağ'ın müdafiəsində problemləri gördük
“Slovakiyada "Slovan"a qarşı oynadığımız futbolu Bakıda da təkrarlamaq istəmirdik. Bilirdik ki, burada ağıllı oynamalı və nəticəyə fikir verməliyik”. Corner.az xəbər verir ki, bunu Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Endre Botka Bakıda "Qarabağ"la 1:1 hesablı heç-heçə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
 
27 yaşlı sağ cinah müdafiəçisi Budapeştdəki cavab oyununda qalib gəlməli olduqlarını bildirib: "Hesabda önə çıxsaq da, təəssüf ki, "Qarabağ" dönən topdan sonra hesabı bərabərləşdirə bildi. Komandamızın bütün üzvləri matça konsentrasiya olunmuşdular. Rəqib futbolçular hücumda çox güclü oynasalar da, müdafiə xətlərində problemlərin olduğunu gördük. Cavab görüşündə bundan yararlanmalıyıq. Çempionlar Liqasının qrup mərhələsinə düşmək istədiyimiz üçün ev oyununda qalib gəlməliyik".
 
Botka Bakıdakı havadan da şikayətlənib: "Ümid edirəm ki, Macarıstanda həmin vaxt hava daha əlverişli olacaq, o qədər də bulanıq olmayacaq və bədənimizə bağladığımız hiroskopdan tüstü çıxmayacaq".
 
Qeyd edək ki, "Ferentsvaroş" – "Qarabağ" cavab matçı avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə olacaq.






Çempionlar liqası

ÇL: Pley-off mərhələsinin püşkü atılıb
  • Çempionlar liqası
  • 15:45 31.01.2025
ÇL: Pley-off mərhələsinin püşkü atılıb
“Komandanın oyunundan razıyıq"
  • Çempionlar liqası
  • 15:49 30.01.2025
“Komandanın oyunundan razıyıq"
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"