6 dekabr 2025. Şənbə

Qarabağ ÇL-nın ən yaxşıları arasında


Qarabağ ÇL-nın ən yaxşıları arasında
Futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarından sonra klubların statistik göstəriciləri açıqlanıb. Corner.az xəbər verir ki, Bakıda Macarıstanın “Ferentsvaroş” komandası ilə heç-heçə (1:1) edən “Qarabağ” ən çox qol vuranlar arasında yer alıb.
 
Ağdam təmsilçisi təsniat mərhələlərində keçirdiyi 5 oyunda 11 qol vurub və bu göstərici ilə 3-cü pillədə qərarlaşıb.
 
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ən çox hücum edənlər arasında da ilk “5-lik”dədir. “Qarabağ” 63 hücum cəhdi ilə 4-cüdür. “Ferentsvaroş” isə 64 hücum cəhdi ilə 3-cü sırada yer alıb.
 
“Qarabağ” ən çox künc zərbəsi yerinə yetirən komandadır. Azərbaycan çempionu 5 matçda 38 dəfə küncə yaxınlaşıb. Azərbaycan təmsilçisi ən çox faul edən və ən çox faula məruz qalan komandadır. 71 dəfə qayda pozan “Qarabağ”lılar, 74 dəfə də kobudluğa məruz qalıb.
 
“Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges də bombardirlər yarışında ikinci yerdədir. O, oynadığı 4 matçda 4 dəfə fərqlənib. 5 qol vuran Viktor Bonifase (“Bodo Qlimt") liderdir.
 
Azərbaycan millisinin və "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç ən çox məhsuldar ötürmə verən futbolçuların reytinqində 1-4-cü yerləri bölüşür. Xorvat əsilli futbolçu 3 assistə imza atıb.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”