27 mart 2026. Cümə

Romao Qarabağ'dakı debütündən, Veşoviç azarkeşlərdən yazdı


Romao Qarabağ'dakı debütündən, Veşoviç azarkeşlərdən yazdı
Braziliyalı yarımmüdafiəçi Julio Romao “Qarabağ”da debüt edib. Corner.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Ferentsvaroş”la ilk oyununun ikinci hissəsində meydana daxil olan 24 yaşlı futbolçu matçdan sonra “İnstagram” hesabında paylaşım edib.
 
Romao sosial şəbəkə hesabında debütü ilə bağlı bunları yazıb: “Tanrım, səndən aldığım hər şeyə görə minnətdaram. Debüt etdiyim üçün xoşbəxtəm. Mübarizəmizi davam etdirəcəyik”.
 
“Qarabağ” Romaonu bu yay Portuqaliyanın “Santa Klara” klubundan transfer edib. O, ötən gecə keçirilmiş “Ferentsvaroş”la matçın 83-cü dəqiqəsində Marko Yankoviçin əvəzində meydana buraxılıb.
 
“Qarabağ”ın digər legioneri Marko Veşoviç də “Ferentsvaroş”a qarşı keçirdikləri ilk oyundan sonra “İnstagram” hesabında yazıb. Monteneqrolu müdafiəçi macarlarla görüşdə onları dəstəkləyən azarkeşlərə təşəkkür edib:
 
“Möhtəşəm dəstəyinizə görə təşəkkür edirəm. Davam edək”.
 
“Qarabağ”la “Ferentsvaroş” arasındakı ilk matçda qalib müəyyənləşməyib - 1:1. Bu komandalar arasındakı cavab matçı avqustun 9-da Macarıstanda baş tutacaq.
 






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"