6 dekabr 2025. Şənbə

Bakıdakı oyunda manqal tüstüsü havanı daha da ağırlaşdırırdı


Bakıdakı oyunda manqal tüstüsü havanı daha da ağırlaşdırırdı

"Bir tərəfdən, stadionda görünəcək və hiss ediləcək dərəcədə tüstü var idi. Məncə, bu, ətrafda çox gördüyümüz manqallardan başqa heç bir yerdən çıxa bilməzdi".

Corner.az-ın məlumatına görə, bunu Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Endre Botka Bakıda "Qarabağ"la 1:1 hesablı heç-heçə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə yerli mətbuata açıqlamasında deyib.

27 yaşlı sağ cinah müdafiəçisi çətin şəraitdə oynadıqlarını bildirib: "Çox çətin şəraitdə oynadıq. Qəribədir, əvvəllər belə şey yaşamamışdım. İstilik o qədər də güclü deyildi, amma nədənsə, meydanda oksigen yox idi. Havasız idi. Komanda yoldaşlarım və mən bunu isinmə hərəkətlərinə getdikdən cəmi iki dəqiqə sonra suyun bizdən sel kimi axmasından sonra hiss etdik. Bunu bəhanə etmirəm, rəqib də bizimlə eyni şəraitdə oynadı. Sadəcə, onlar rütubətli havaya daha çox öyrəşiblər".

Qeyd edək ki, "Ferentsvaroş" və "Qarabağ" arasında cavab matçı avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdəki "Groupama Arena"da olacaq.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”