6 dekabr 2025. Şənbə

UEFA Fənərbaxça'nı cəzalandırdı


UEFA Fənərbaxça'nı cəzalandırdı

UEFA Türkiyənin "Fənərbaxça" klubunu cəzalandırıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin azarkeşlərinin evdə Ukraynanın "Dinamo" (Kiyev) komandasına qarşı keçirilmiş Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundakı davranışı olub.

Fanatlar 57-ci dəqiqədə hesabı açan Kiyev klubunun futbolçusu Vitali Buyalskinin təxribatçı hərəkətlərinə qarşılıq olaraq, Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.

Məsələni araşdıran UEFA "Fənərbaxça"nı 50 000 avro məbləğində cərimələməklə yanaşı, komandanın avrokuboklardakı növbəti ev matçını qismən azarkeşsiz keçirməsinə qərar verib.

Qeyd edək ki, "Fənərbağça" - "Dinamo" görüşünün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə qolsuz bərabərlik qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda 1:0 hesablı qələbə qazanan Kiyev klubu növbəti mərhələyə yüksəlib.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”